• cümə, 29 Mart, 00:26
  • Baku Bakı 7°C

Gəncə şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub

28.06.19 18:40 663
Gəncə şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzi ilə tanış olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” istiqaməti üzrə sosial xidməti sifarişini Gəncə şəhərində "Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi həyata keçirir. Qeyd olunan sosial xidmət sifarişi əsasında nazirliyin dəstəyi ilə həmin İctimai Birlik tərəfindən Gəncə Uşaq Günərzi Qayğı Mərkəzi yaradılaraq, zəruri təchizat işləri aparılıb.
Uşağını təkbaşına böyüdən ailələrin sosial təhlükəli vəziyyətdə olan uşaqları, habelə aztəminatlı (sosial yardım təyin edilmiş) ailələrin uşaqları mərkəzə cəlb edilib. Hazırda burada 30-dək uşağın yarımstasionar şəraitdə təlim-tərbiyəsi, qidalanmaları, eləcə də müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır. Onların asudə vaxtının maraqlı keçməsi üçün mütəmadi olaraq ekskursiyalar, müxtəlif gəzintilər də təşkil edilir. Burada pedaqoqlar, tərbiyəçilər, sosial işçilər, psixoloqlar, musiqi müəllimi, aşbaz və digər işçilər fəaliyyət göstərir.
Mərkəzin kollektivi ilə görüşündə S.Babayev Prezident cənab İlham Əliyevin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamının ölkəmizdə reabilitasiya yönümlü sosial xidmətlərin əhatə dairəsinin dəfələrlə artmasına şərait yaratdığını vurğulayıb. Nazir Sərəncamın icrası işləri çərçivəsində respublikamızda günərzi qayğı mərkəzlərinin sayının da iki dəfədən çox artırılaraq 28-dən 58-ə çatdırılacağını, günərzi mərkəzləri şəbəkəsinin bölgələr üzrə genişləndiriləcəyini, həmçinin yeni sosial xidmət istiqamətləri üzrə mərkəzlərin yaradılacağını deyib. O vurğulayıb ki, ümumilikdə Sərəncam sosial sifarişlər əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün mərkəzlərin sayının 3,5 dəfə artırılmasına, nəticə etibarilə 200-ə yaxın belə mərkəzin fəaliyyət göstərməsinə imkan yaradıb.
Mərkəzdə yaradılmış şəraiti, buradakı günərzi qayğı xidmətlərini, uşaqlarla aparılan işləri nəzərdən keçirən S.Babayev göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə bağlı müvafiq tapşırıqlarını verib.
banner

Oxşar Xəbərlər