Gəncə şəhərində yanğın baş verib
Gəncə şəhərinin Kəpəz rayonunda üçmərtəbəli binanın 3-cü mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 6 p.m kabel yanıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.