• cümə, 19 Aprel, 20:35
  • Baku Bakı 24°C

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Taner Bozkuşu qəbul edib

07.02.19 21:43 634
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Taner Bozkuşu qəbul edib
Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin(UBİKS) rəhbəri Taner Bozkuş Gəncədə işgüzar səfərdə olub. Taner Bozkuş səfər çərcivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüşüb. Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvi Naqif Həmzəyevin də iştirak etdiyi görüşdə hər iki qardaş ölkənin uğurla davam edən qarşılıqlı əlaqələrindən söhbət açılıb.
Taner Bozkuş gündən-günə müasirləşən, gəncləşən qədim Gəncə şəhərinin 2019-cu ilin Avropa İdman Şəhəri seçilməsini yüksək dəyərləndirib. Görüşdə 18- 22 iyun tarixlərində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə UBİKS-nin Beynəlxalq Elm, Mədəniyyət və İdman Konfransının Gəncədə keçirilməsi ətrafında geniş müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər