• cümə, 19 Aprel, 19:43
  • Baku Bakı 24°C

Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər Təşkilatının fəalları birgə ağac əkiblər - Fotolar

05.05.18 13:58 865
Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər Təşkilatının fəalları birgə ağac əkiblər - Fotolar
Gəncə şəhər İcra Hakimiyyəti və YeniAzərbaycanPartiyası Gəncə şəhər Təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibəti ilə ağacəkmə aksiyası təşkil edib. "Hərəyə bir ağac əkək” devizi ilə Heydər Əliyev park-kompleksinin ərazisində 10 min şam ağacı əkilib. Şəhər ictiamyyəti və partiya fəalları həmçinin təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər. Aksiya gənclərin şən ifa və rəgsləri ilə müşayiət olunub.

Qeyd edək ki, gənc fəallar hər həftə mütəmadi olaraq Heydər Əliyev park-kompleksinin ərazisində iməclik təşkil edərək, əkilən ağaclara qulluq göstərirlər.



banner

Oxşar Xəbərlər