AZE | RUS | ENG |


Gəncə Şəhər Baş Polis İdarəsi “İmamzadə” kompleksində yaranan insidentlə bağlı məlumat yayıb

Gəncə Şəhər Baş Polis İdarəsi “İmamzadə” kompleksində yaranan insidentlə bağlı məlumat yayıb
Aşura mərasimi ilə əlaqədar Gəncə şəhərindəki "İmamzadə” ziyarətgah kompleksinə gələcək vətəndaşlarımızın təhlükəsizliyini və eləcə də onların məscidə maneəsiz giriş-çıxışını, dini ayinlərini rahat şəraitdə yerinə yetirmələrini təmin etmək məqsədilə şəhər axundunun təklifi və razılığına, eləcə də şəhərin Baş Polis İdarəsində əvvəlcədən hazırlanmış "Tədbirlər Planı”na uyğun olaraq əlverişli hərəkət marşrutları müəyyən edilib, qadın və kişilərin fərqli girişlərdən istifadə etməklə ayrı-ayrılıqda ibadət etmələri qərara alınıb.

Gəncə Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu barədə ərazidə xidmət aparan polis əməkdaşları da təlimatlandırılıb. Mərasimlə əlaqədar məscidə gələn insanlar tətbiq edilən qaydalara tam uyğun olaraq, dini ayinlərini icra ediblər.

Lakin sentyabrın 30-da saat 22 radələrində ziyarətgaha daxil olan insanların çoxluğundan əsəbiləşən bir qrup nəzərdə tutulmuş girişdən imtina edərək, məscidə başqa yerdən daxil olmağa cəhd göstəriblər. Nəticədə insanların hərəkəti qısa müddətli olsa da, çətinləşib, xüsusən qadınlar üçün ayrılmış giriş-çıxışlarda çətinlik yaranıb.

Polis əməkdaşları bu cəhdin qarşısını alaraq onları məsciddə tətbiq edilən nizam-intizam qaydalarına və digər ziyarətçilərin hərəkətlərinə mane olmamağa dəvət ediblər. Bu zaman qayda pozanlarla polislər arasında insident yaranıb. Orada olan nüfuzlu dindarların da yaxından iştirakı ilə 5-7 dəqiqə ərzində insidentin qarşısı alınıb, asayiş tam bərpa edilib, inanclı insanlar rahat və təhlükəsiz şəraitdə dini ayinlərini sonadək yerinə yetiriblər.

Qeyd olunan hadisə ilə bağlı zəruri araşdırmalar aparılır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001