• cümə, 29 Mart, 01:34
  • Baku Bakı 7°C

Gəncə seçiciləri: İlham Əliyevə “HƏ” deyirik! - Fotolar - Video

07.04.18 13:30 946
Gəncə seçiciləri: İlham Əliyevə “HƏ” deyirik! - Fotolar - Video
YAP tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Gəncə şəhər təşkilatının Qərargahında bayram əhval-ruhiyyəli seçicilərlə daha bir görüş tarixə qovuşub.
Vətənpərvər ruhlu musiqi sədaları ilə başlayan tədbiri təbliğat qrupunun üzvü, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov açıb. Akif Süleymanov dövlətimizin Başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlardan, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı nailiyyətlərdən bəhs edib.
Seçicilərdən Ulduz Babayeva, Yusif Yusibalıyev, Saləddin Tağıyev, Könül Quliyeva, Məhəbbət İsgəndərov, Ramil Qasımov, Hüseyn Budaqov çıxış edərək bildiriblər ki, ölkə vətəndaşları, o cümlədən Gəncə şəhər seçiciləri ölkədə keçirilən bütün seçki proseslərində fəal iştirak edirlər. Dövlətə, dövlətçiliyə sadiq gəncəlilər bu il aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərində də yaxından iştirak edəcək, ən layiqli namizəd olan cənab İlham Əliyevə səs verəcəklər.
YAP-ın namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, Gəncədə aparılan abadlıq-quruculuq işlərindən danışan YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin və partiyanın şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Gəncə şəhər seçicilərini Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində fəal olmağa, cənab İlham Əliyevə səs verməyə çağırıb.
Bayram əhval-ruhiyyəli görüş ”İlhamla irəli”, ”Sabitliyə və inkişafa səs verək” şüarlaı və gurultulu alqışlarla başa çatıb.






banner

Oxşar Xəbərlər