• cümə, 29 Mart, 19:35
  • Baku Bakı 14°C

Gəncə sakinləri: Terror aktı müstəqiliyimizə yönəlmiş xəyanətdir - Video

10.07.18 15:17 986
Gəncə sakinləri: Terror aktı müstəqiliyimizə yönəlmiş xəyanətdir - Video
Fəxrəddin Namazov – Kardioloji xəstəxananın baş həkimi:Bu günkü Gəncəni 7 il əvvəlki halı ilə müqayisə etsək Elmar Vəliyevin Gəncə və gəncəlilər üçün etdiklərini görməmək mümkün deyil.
Elmar Vəliyev 7 il ərzində Gəncədə böyük abadlıq və quruculuq işləri aparıb.Elmar müəllim bütün işləri daim nəzarətdə saxlayır, mütamadi olaraq Gəncə əhalisi ilə təmasda olur. O, bir şəhər rəhbəri kimi işlədiyi illər ərzində gəncə sakinlərinin sosial rifah şəraitinin yüksədilməsinə xidmət edib, şəhərimizdə elmin, səhiyyənin, təhsilin inkişafında danılmaz əvəzsiz xidmətləri göz önündədir. Məndə bir ziyalı kimi ölkə başçısının Gəncədə xüsusi nümayindəsi olan Elmar Vəliyevə qarşı olan sui – qəsdi kəskin pisləyir, bunu dövlətçiliyimizə qarşı bir teror aktı hesab edirəm.
Dövlət başçısının nəzarətində olan bu teror aktına lazımi hüquqi qiymət veriləcəyinə inanır, Elmar Vəliyevin tezliklə sağalaraq öz işinə dönməsini arzu edirəm.
SüleymanPiriyev–TibbElmlərNamizədi: Son günlər şəhərimizdə baş verən məlum hadisələr butün ziyalılar kimi mənidə çox təəsüfləndirdi. Son illərdə doğma Gəncəmizi gözələşdirən, gül – çiçəyə qərq edən, nəinki Azərbaycanı, artıq Avropanın ən yaraşıqlı şəhərlərindən birinə çevirən Elmar Vəliyevə qarşı törədilən bu teror aktını bir həkim kimi, bir ziyalı kimi, şəhərini, dövlətini sevən insan kimi qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, bu ölkə başçısının etimad göstərib Azərbaycanın ikinci böyük şəhərinə rəhbər təyin etdiyi bir şəxsə qarşı edilən silahlı hücüm terorçu qruplar, onu dəstəkləyən bəzi qüvvələr tərəfindən Azərbaycanın dövlətçiliyinə,müstəqilliyinə qarşı yönələn adımdır.
Elmar Vəliyevə edilən sui qəsd bir daha onu göstərdi ki, bir rəhbər kimi onun gördüyü quruculuq, abadlıq işləri, Gəncənin yeniləşməsi və gözəlləşməsi kimlərin isə ciddi narahat edir. Ümüd edirəm ki, bu teror aktını həyata keçirənlərdə, onu təşkil edənlərddə lazımı cəzasını alacaqlar və inşallah Elmar müəllim tezliklə sağalıb öz işinin başına qayıdacaqdır
Raya Məmmədova–veteran həkim:Mən 50 ildən artıqdır Gəncə səhiyyəsində xidmət edirəm. Bu müddətdə neçə icra başçısı ilə işləmişəm. Son 7 ildə Gəncədə gedən inkişaf, aparılan quruculuq işlərini heç vaxt görməmişəm. Bu Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinin inkişafı üçün verdiyi tapşırıqların Elmar Vəliyev tərəfindən sədaqətlə yerinə yetirməsinin nəticəsidir. Bütün bunlara gorə ölkə başçısı İlham Əliyevə, onun sadıq əsgəri Elmar Vəliyevə minnətdarlığımı bildirir, Allah can sağlığı arzu edirəm.
Hörmətli Elmar Vəliyevin rəhbərliyi altında şəhərimizin qədimliyini saxlamaqla necə müasirləşməsi , yaşılıqlar şəhərinə çevirilməsi göz önündədir.
Elmar Vəliyev bütün bunlarla yanaşı insan faktırınada ciddi vaxt ayırır. O mütamadi olaraq səhiyyə, təhsil işçiləriilə görüşür, Qarabağ veteranlarını və şəhid ailələrini qəbul edir, onların problemləri ilə maraqlanır, qarşılaşdığı çətinlikləri yerindəcə həll edir.
Elmar Vəliyevə qarşı edilən silahlı hücümu məndə pisləyir, bu terror aktını müstəqiliyimizə bir zərbədir.
Gəncənin bir ziyalı həkimi kimi cinayətkarların cəzasını alaçağını inanıram, allahdan Elmar Vəliyevə şəfa diləyirəm.
banner

Oxşar Xəbərlər