• cümə, 29 Mart, 15:56
  • Baku Bakı 14°C

“Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin açılış mərasimi keçirilir

18.03.17 11:45 791
“Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin açılış mərasimi keçirilir
Müstəqil Dövlətlər Birliyinin (MDB) 2017-ci il üçün Mədəniyyət Paytaxtı seçilən Gəncədə beynəlxalq layihənin rəsmi hissəsinin açılış mərasimi keçirilir.

AZƏRTACxəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, eləcə də digər yerli və xarici qonaqlar iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan təntənəli tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev "Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin açılış mərasimində iştirak etmək üçün bu qədim torpağa səfər edən qonaqları salamlayıb. Bildirilib ki, Gəncə bu gün yalnız ölkəmizin ikinci böyük şəhəri deyil, həm də çoxəsrlik tarixi keçmişi, zəngin mədəniyyəti və dahi şəxsiyyətləri ilə seçilən, eləcə də müasir dövrümüzdə Azərbaycanda gedən sürətli inkişafa öz töhfələrini verən ən önəmli mədəni mərkəzlərdən biridir. Əsrlərlə fərqli sivilizasiyaların bir-birinə qovuşduğu məkanda yerləşən Gəncənin mədəni dəyərləri də elə bu cür qarşılıqlı mühitdə formalaşaraq inkişaf edib.

Diqqətə çatdırılıb ki, bu vaxta qədər bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Gəncə MDB-nin Mədəniyyət Paytaxtı titulunu da şərəflə daşıyacaq və layihə çərçivəsində mühüm tədbirlər keçiriləcək.

Tədbir digər çıxışlarla davam edir.





banner

Oxşar Xəbərlər