• şənbə, 20 Aprel, 14:44
  • Baku Bakı 23°C

Gəncə hadisələri ilə bağlı 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

12.07.18 19:25 620
Gəncə hadisələri ilə bağlı 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib
Gəncə hadisələri ilə bağlı 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq,Daxili İşlər Nazirliyivə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, bu gün -iyulun 12-də Azərbaycanın baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviriZakir Qaralov, daxili işlər naziri, general-polkovnikRamil Usubovvə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Gəncə şəhərinə gedərək orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçirib, görülən işlər barədə hesabatlarını dinləyib.

Məruzə olunub ki, həmin qanlı cinayəti törədənlərdən 9 nəfəri tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar veriblər.

Müşavirədən sonra baş prokurorZakir Qaralov, daxili işlər naziriRamil Usubovvə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimlərində iştirak ediblər. OnlarAzərbaycan prezidentinin tapşırığına əsasənpolis əməkdaşlarının ailələrinə və yaxınlarına dövlət başçısının başsağlığını çatdırıb, kədərlərinə şərik olublar.
banner

Oxşar Xəbərlər