• cümə axşamı, 28 mart, 18:11
  • Baku Bakı 13°C

"Gəncə hadisələri din qiyafəsi altında həyata keçirilən terrordur"

15.07.18 09:45 623
"Gəncə hadisələri din qiyafəsi altında həyata keçirilən terrordur"
"İyulun 3-də və 10-da Gəncədə baş vermiş hadisələri Azərbaycana düşmən olan qüvvələr dini etiqad azadlığı uğrunda mübarizə kimi qələmə verməyə çalışırlar. Lakin, əslində, bu hadisələr öz mahiyyəti etibarı ilə din qiyafəsi altında radikal yönümlü bir qrup tərəfindən həyata keçirilən terrordur".
APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bunu "Xalq" qəzetində işıq üzü görən "Azərbaycanın multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır" başlıqlı məqaləsində yazıb.
E. Nəcəfov yazıb ki, prezidentİlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyətiili” elan etməsi və bununla bağlı müxtəlif tədbirlərin keçirilməsi, xüsusən Milli Ordumuzun 100 illiyinin möhtəşəm paradla qeyd edilməsi fonundaAzərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncədə məlum son hadisələrin yaşanması hər bir vətənpərvər azərbaycanlının qəlbində dərin təəssüf hissi doğurur: "Lakin əminliklə demək olar ki, xalqımız bu dəfə də tarixi sınaqdan üzüağ çıxdı, ölkə rəhbərinin ətrafında sıx birləşərək dünyəvi və demokratik dəyərlərə sadiqliyini nümayiş etdirdi, xaricdən sırınan yad dini ideologiyalara ikrah hissi ilə yanaşdığını göstərdi. Təəssüf ki, dünyəvi dövlətçiliyimizin, ictimai-siyasi sabitliyimizin və ələlxüsus qanunun aliliyinin təmin olunması uğrunda aparılan bu mübarizə qurbansız ötüşmədi, şəhid verdik. Gəncə hadisələrini təhlil etdikdə qarşımıza çıxan mənzərə aydın şəkildə göstərir ki, din amilindən sui-istifadə edən ekstremist qüvvələr ənənəvi milli-mənəvi dəyərlərimizə sadiq qalan dindarların dəstəyini qazana bilmədi, əksinə, onların qınağına tuş gəldilər. Çünki dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulan ölkəmizdə dindarlara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Buna Gəncə şəhərində yaşayan dindarlar da şahiddir. Prezidentİlham Əliyevin göstərişi ilə Gəncədəki İmamzadə Ziyarətgah Kompleksinin yenidən qurulması, Azərbaycanın Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə Şah Abbas cümə və Həzrət Zeynəb məscidlərinin təmir və bərpa olunması, ibadət yerlərinin pulsuz təbii qazla təmin edilməsi, dini icmalara maliyyə yardımının göstərilməsi deyilənlərə əyani sübutdur ".
banner

Oxşar Xəbərlər