• şənbə, 20 Aprel, 18:34
  • Baku Bakı 24°C

Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın və İdman sarayının tikintisinə başlanılacaq

26.04.18 14:30 830
Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın və İdman sarayının tikintisinə başlanılacaq
Bu il Nizami yurdunda həyata keçiriləcək genişmiqyaslı inşaat işləri çərçivəsində Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın və İdman sarayının tikintisinə başlanılacaq.
Gəncə Şəhər İcra HakimiyyətindənAZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müasir tələblər səviyyəsində qurulacaq teatr 550 nəfərlik tamaşaçı üçün nəzərdə tutulub.
Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, restoran, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrı binasının inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. Yeni bina Gəncəçay Park Bulvar Kompleksinin sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. Artıq binanın inşası üçün ilkin vəsait ayrılıb və yaxın günlərdə tikintini həyata keçirəcək şirkət tərəfindən işlərə başlanılacaq.
İdman sarayı üçün tikiləcək bina isə şəhərin Nizami prospektində, Heydər Əliyev Park Kompleksinin yaxınlığında yerləşəcək. Layihələndirilməsi başa çatan sarayın tikintisinə ilin ikinci yarısında başlanılması nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər