• şənbə, 20 Aprel, 10:52
  • Baku Bakı 14°C

Gəncə-Bakı reysinə əlavə sərnişin qatarı təyin edilib

23.03.19 12:47 678
Gəncə-Bakı reysinə əlavə sərnişin qatarı təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edib.
"Azərbaycan Dəmir Yolları” QSC İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc QədirovaONA-ya bildirib ki, martın 25-dəGəncədən bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilib.
Qatar Gəncədən saat 18.00-da yola düşəcək, Bakıya saat 22.15-də çatacaq.
banner

Oxşar Xəbərlər