• cümə axşamı, 25 aprel, 02:25
  • Baku Bakı 19°C

Gənc Tamaşaçılar Teatrının direktoru dəyişib

29.06.18 12:11 833
Gənc Tamaşaçılar Teatrının direktoru dəyişib
Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrınındirektoru təyin edilib.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
İsmayılzadə Naidə Məbud qızı Bakı şəhərində anadan olub.O, 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatrşünaslıq” fakültəsini bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə "Azərbaycanfilm” Kinostudiyasında başlayan N. İsmayılzadə 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor işləyib.1989-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, 2006-2018-ci illərdə isə Azərbaycan RespublikasınınMədəniyyət və Turizm Nazirliyində çalışan N. İsmayılzadə burada işlədiyi müddətdə Nazirliyin İncəsənət İdarəsində baş inspektor, repertuar-redaktor kollegiyasının üzvü, baş mütəxəssis, Teatr sektorunun müdiri vəzifələrini icra edib. N. İsmayılzadə 2018-ci il iyun ayının 1-dək Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Teatr sektorunun müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.Prezidentin sərəncamı iləN. İsmayılzadə 2009-cu ildə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Nazirlikdən əlavə edilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov yeni vəzifəyə təyinat alacaq.
banner

Oxşar Xəbərlər