• cümə, 19 Aprel, 05:54
  • Baku Bakı 18°C

Gənc Tamaşaçılar Teatrı yeni tamaşanın məşqlərinə başlayıb

08.02.18 09:40 1136
Gənc Tamaşaçılar Teatrı yeni tamaşanın məşqlərinə başlayıb
Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir yeni tamaşanın məşqlərinə başlayıb.
TeatrdanAZƏRTAC-a verilən məlumata görə, bu dəfə teatrın yaradıcı heyəti böyük dramaturq və şair Hüseyn Cavidin "Ana” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşada çıxış edəcək.
"Hüseyn Cavid dramaturgiyası, onun qəhrəmanlarının həyatı və geniş dünyagörüşü kollektiv və tamaşaçılar tərəfindən həmişə böyük sevgi və məhəbbətlə qarşılanır. Çünki dramaturqun qəhrəmanları, onun fəlsəfəsi insanı daima düşündürür, saflaşdırır. Ümid edirəm ki, "Ana” tamaşası da teatrımızın repertuarında uğur qazanacaq və uzun illər tamaşaçılar tərəfindən sevgi ilə baxılacaq. Bu tamaşa həm də teatrımızın istedadlı aktrisası, Əməkdar Artist Nübar Novruzovanın 60 illik yubileyi ilə əlaqədar aktrisanın benefis-tamaşası olacaq”, - deyə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov bildirib.
Yeni səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.
Tamaşada obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov oynayacaqlar.
Tamaşanın premyerası aprel ayında reallaşacaq.
banner

Oxşar Xəbərlər