• cümə axşamı, 25 aprel, 20:31
  • Baku Bakı 21°C

Gənc Tamaşaçılar Teatrı yeni premyeraya hazırlaşır

09.06.18 09:20 830
Gənc Tamaşaçılar Teatrı yeni premyeraya hazırlaşır
İyunun 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Tənbəl Əhməd” adlı yeni tamaşanın premyerası olacaq.
Teatrın mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri əks etdirir.
Quruluşunu gənc rejissor Ayla Osmanovanın verdiyi tamaşada rolları Əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlar Səbinə Məmmədova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və başqaları ifa edirlər.
banner

Oxşar Xəbərlər