• cümə, 19 Aprel, 19:14
  • Baku Bakı 24°C

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək

28.08.17 19:15 1703
Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala qatılacaq.

Teatrın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, teatr ölkəmizi Rusiyanın Nijnevartovsk şəhərində "Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında təmsil edəcək.

Oktyabrın 25-dən 28-dək davam edəcək festivalda əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin "Kontrabas” mono-tamaşası ilə səhnəyə çıxacaq. Tamaşaoktyabrın 27-də göstəriləcək.

Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin teatrları iştirak edəcək.

"Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.
banner

Oxşar Xəbərlər