• çərşənbə axşamı, 16 aprel, 13:36
  • Baku Bakı 19°C

Gənc rəssamların birgə sərgisi açılacaq

30.06.18 11:45 650
Gənc rəssamların birgə sərgisi açılacaq
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Retro Holdinqin dəstəyi ilə iyulun 7-də Xətai Sənət Mərkəzində "Təcəssüm (Kaat’ı sənəti və rəssamlıq)” çərçivəsində İnci Aksu, Nicat Muxtarlı və Aysel Günəşin fərdi sərgisi keçiriləcək.
NazirlikdənAZƏRTAC-a bildirilib ki, bu türk və azərbaycanlı rəssamların birgə sərgisidir.
İnci Aksunun 2011-2017-ci illər ərzində 5 dəfə fərdi sərgisi olub və o, əsərlərini Bakıda ilk dəfə nümayiş etdirəcək. Nicat Muxtarlının Bakıda və İzmirdə bir çox sərgiləri keçirilib. Aysel Günəş musiqi təhsili alsa da, 2016-cı ildən daha çox rəssamlıqla məşğul olur.
Sərgiyə giriş sərbəstdir.
banner

Oxşar Xəbərlər