• şənbə, 20 Aprel, 03:39
  • Baku Bakı 15°C

Gənc rəssam Əfsanə Həbib beynəlxalq festivaldan dönüb

02.06.16 16:03 4451
Gənc rəssam Əfsanə Həbib beynəlxalq festivaldan dönüb
Mayın 26-31 tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində "Ənənə və müasirlik” Beynəlxalq İncəsənət Sərgisinin 10-cu yubiley tədbiri təşkil olunmuşdu.
Festivalın əsası 2007-ci ildə Moskvada "Mədəniyyətin dəstəklənməsi və incəsənətin inkişafı Fondu” tərəfindən (fondun rəhbəri: Vera Nikolayevna Kiseleva) qoyulmuşdur.
Gənc rəssamız Əfsanə Həbib də sözügedən festivalda iştirak edərək sərgidə iştirak edib və diploma layiq görülüb. Rəssam festival barədə təəssüratlarını bizimlə bölüşdü: "İlk olaraq onu deyim ki, dünyaca məşhur "Vera” festivalında iştirak etdiyim üçün çox məmnunam. Festivala dünyanın müxtəlif ölkələrindən seçilmiş rəssamlar qatılmışdı. Açılışda Rusiyanın tanınmış simaları və siyasətçiləri, eləcə də dünyanı bir çox nümayəndələri qatılmışdı. Sevindirici hal idi ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da orada iştirak edirdi. O, bizim rəsmlərimizə baxıb xoş sözlər söylədi. Qeyd etməliyəm ki, festivalın təşkilat komitəsinə və münsiflər heyətinə Rusiyanın Xalq rəssamı Zurab Tsereteli, Xalq rəssamı Tahir Salahov, Pyer Karden kimi məşhur şəxsiyyətlər daxil idi. Orada həmçinin mənim sevimli müəllimim, Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədov da qatılmışdı. Azərbaycan ilk illərdən bu festivalda uğurla təmsil olunur. Bu dəfə də orada iştirak etmək bizim qismətimizə düşdü və biz bundan çox məmnunuq”.
Məlumat üçün bildirək ki, dünyaca məşhur olan "Vera” festivalında azərbaycanlı gənc rəssam Əfsanə Həbib batik üzərində "Azad balıqlar”, "İnsan”, "Kloun” əsərləri ilə iştirak edib. Rəssamın kətan üzərində "Pretty woman”, "Qadın” adlı portreti və natürmortu da diqqət çəkib.






banner

Oxşar Xəbərlər