• şənbə, 20 Aprel, 14:10
  • Baku Bakı 23°C

Gənc rejissorun erotik təklifinə rəqqasə “yox” demədi

09.06.14 14:26 3754
Gənc rejissorun erotik təklifinə rəqqasə “yox” demədi
Gənc rejissor Elvin Abdullayevin Kaspi.az-a verdiyi məlumata görə yeni filmi ilə yenə insanların marağına səbəb olub. Belə ki, rejissor bu dəfə “Santa Mariya gəmisi” adlı 18 yaşından yuxarı gənclər üçün yeni bir film çəkib. Filmdə baş verən hadisələr gənclərin siqaretə meyllənməsi və onun acı nəticəsini nümayiş olunub. Sözügedən film real hadisələr əsasında lentə alınıb.
Filmdə açıq saçıq səhnələrin yer almasına isə rejissor belə münasibət bildirib: “Düşünürəm ki, filmdə erotik kadrlar məqsədə uyğun və estetik baxımdan diqqətli işlədildiyinə görə tamaşaçılarda ifrat hissi yaratmayacaq və insanlar bu filmi normal qarşılayacaqlar”.
Gənc rejissor çəkiliş zamanı bir sıra problemlərlə da qarşılaşdığını deyir: “Çəkiliş zamanı bir sıra problemlərlə qarşılaşdıq ki, bu da normal haldır. Filmi büdcəsiz ərsəyə gətirmək istəsək də elə bir şərait yarandı ki, söz verib sözünün üstündə durmayan insanlara görə əlavə xərclərimiz çıxdı. Hər yerdə bizi tələsdirirdilər deyə işimizi cəld görməyə çalışırdıq. Fürsətdən istifadə edib, filmdə əziyyət çəkən bütün komandaya - həm kameranın önündə, həm kameranın arxasında əziyyət çəkənlərə təşəkkürümü bildirirəm”.
Erotik səhnələrində yer aldığı filmin ssenarisi də rejissorun özünə aiddir. Filmdə- Səfa Mehdi, Rəna Ağamuradova, Elmar Abdullazadə, Cövdət Şükürov, Türkay Verdiyeva, Edqar Abdullayev, Leyla Atayeva rol alıb. Film kollektivin büdcəsi hesabına çəkilib.
Qeyd edək ki, “Santa Mariya gəmisi” filmi “2-ci No Smoking Film Festivalı”nda iştirak edəcək.
Xəyalə Rəis

Filmi sizə təqdim edirik:
https://www.youtube.com/watch?v=l89lVqK1JyQ

banner

Oxşar Xəbərlər