• şənbə, 20 Aprel, 04:39
  • Baku Bakı 15°C

“Gənc Qırğız şeiri antologiyası”

18.07.19 11:37 23455
“Gənc Qırğız şeiri antologiyası”
Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbəri olduğu layihə çərçivəsində nəşr olunmuş "Gənc Qırğız şeiri antologiyası” Bakıda və Bişkekdə ədəbi ictimaiyyətə təqdim olunacaq.
İyulun 23-də Azərbaycanda Atatürk Mərkəzində antologiyanın təqdimatı keçiriləcək.
Bir sıra maraqlı görüşlərin daxil olduğu proqram çərçivəsində respublikamıza səfər edəcək Qırğız nümayəndə heyətinə Qırğız Milli Yazıçılar Birliyinin (QMYB) başçısı Nurlan Kalıbekov başçılıq edəcək.
Qardaş ölkənin istedadlı yeni nəsil yazarlarının daxil olduğu heyət, Dünya Gənc Türk Yazarlar Birliyi mənsublarının müşayiəti ilə Fəxri xiyabanı, Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edəcək, muzeylərə baş çəkəcək, şəhərin görməli yerləri ilə tanış olacaq. Milli Mətbuat Günündə Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi” qəzetinin kollektivi ilə görüşəcək "Azərbaycan-Qırğız ədəbi əlaqələri: dünən, bu gün, sabah” mövzusunda fikir mübadiləsi aparacaqlar.
Səfər çərçivəsində Qırğız yazarlarının Milli Məclisdə, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Yazıçılar Birliyində də görüşləri nəzərdə tutulub.
Qırğız yazarlarının Bakıya səfəri iyulun 25-də başa çatacaq.
Qeyd edək ki, "Gənc Qırğız şeiri antologiyası”nın bu ilin sentyabrında Bişkekdə də təqdimatı nəzərdə tutulub.
Xatırladaq ki, "Gənc Qırğız şeiri antologiyası”nda müstəqillik dövrü Qırğız şeirinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb.
banner

Oxşar Xəbərlər