• cümə axşamı, 28 mart, 19:00
  • Baku Bakı 13°C

Gənc Prezidentlər Təşkilatının nümayəndələri Azərbaycanda

20.04.19 18:49 511
Gənc Prezidentlər Təşkilatının nümayəndələri Azərbaycanda
Gənc Prezidentlər Təşkilatının (YPO) nümayəndə heyəti Azərbaycanla yaxından tanış olmaq, ölkəmizi öyrənmək üçün Bakıya gəliblər.
Trend-in məlumatına görə, bu beynəlxalq qurumun 20 nəfərlik nümayəndə heyəti Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.
Müxtəlif ölkələri təmsil edən gənclər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.
Ziyarətdən sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlar Bakının gözəlliyinə heyran olduqlarını bildiriblər. Gənc Prezidentlər Təşkilatının (YPO) nümayəndə heyətinə Şəhidlər Xiyabanının tarixi, müstəqillik dövründə paytaxtımızda aparılan abadlıq-quruculuq işləri, Azərbaycanda yürüdülən gənclər siyasəti barədə ətraflı məlumat verilib.

banner

Oxşar Xəbərlər