• cümə, 19 Aprel, 22:21
  • Baku Bakı 24°C

“Gənc nəsil hər cür zorakılığa qarşı!”

30.05.14 14:01 1252
“Gənc nəsil hər cür zorakılığa qarşı!”
30 may 2014-cü il tarixində Azərbaycan Universitetində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının, Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Gənc nəsil hər cür zorakılığa qarşı!” mövzusunda tədbir keçirilib.
Tədbirdə universitetitn rektoru Eldar Qəhrəmanov açılış nitqi söyləyib. O zorakılığın gətirdiyi bəlalardan , gənclərin öz üzərində işləməsinin cəmiyyət və onların gələcək həyatlarında verə biləcəyi xeyirdən danışdı. O, bildirdi ki, mədəni mühitdə zorakılıqdan söhbət gedə bilməz. Zorakılıq ailədən başlayır cəmiyyətdə özünü büruzə verir. Zorakılığa qarşı hər birimiz mübarizə aparmalıyıq.
Sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın “Gənc nəsil və milli mənəvi dəyərlər” mövzusunda məruzəsi dinlənildi. Natıq dedi ki, son zamanlar ölkəmizdə əsasən məişət zorakılıq halları artıb. 2012-ci ildə məişət zorakılığı haqqında qanun qəbul edildi. Bu qanun qəbul edilən zaman Milli Məclisdə hesab edirdilər ki, Azərbaycan ailəsi dünyada nümunə ola biləcək ailədir. Amma bu belədirmi? Araşdırmadan aydın oldu ki, bu heç də belə deyil. S.Qəhrəmanovanın fikrincə zorakılığın kökündə mədəniyyətsizlik durur. O, milli mənəvi dəyərlərin qorunması və müasir ailənin bu dəyərlərə söykənməsinin vacibliyini dilə aldı.
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova “Zorakılığın qarşısının alınmasında mətbuatın rolu” haqqında danışdı. Xanım Yusifovaya görə ilk öncə zorakılıq nədir, bu sualın cavabını bilməliyik ki, sonra ona qarşı mübarizə aparamağımız efektiv nəticə versin. Zorakılığın hansı növləri var? Biz özümüz şəxsən kiməsə qarşı hansısa zorakılıq tətbiq edirikmi? Bunları düşünən şəxs başqasına qarşı zorakı əməldən çəkinər.
S.Yusifova Azərbaycan mediyasının bu sahədə gördüyü işləri qənaət bəxş esab etdi. Zorakılıqla bağlı araşdırmalarını mediya müntəzəm olmasa da ildə bir neçə dəfə aparır. Faktlar heç də ürək açan deyil. Əgər bu günki gənc öz hüquqlarını bilməsə sabah əlbəttə o zorakılığa məruz qalacaq və yaxud hansısa təzyiqlərin qurbanına çevriləcəkMəndən öncə natıqlərin səsləndirdikləri fikirlərlə tamamilə razıyam. Mədəniyyət toplumu xilas edə bilər. Mədəniyyət insanın davranışlarını tənzimləyir. Mədəniyyət isə təhsillə, ailə tərbiyəsi ilə əxz olunur.
S.Yusifova dedi ki, təbii olaraq bu gün mediadan gözləntilərimiz çox böyükdür. Amma gəlin etiraf edək ki, artık ənənəvi mediyanı izləyənlərin sayı azalıb. Əhalinin demək olar ki, yarıdan çoxu xəbəri internet üzrənidən alır. Gənclərin ən cox istinad yeri sosial mediyadır. Sizin gün ərzində vaxtınızın böyük qismi sosial mediyada keçir. Siz bir facebook və s. internet şəbəkəsinin üzvü kimi xəbər yaymaq rolunda ifa edirsiz. O zaman gəlin elə bu toplantının sonunda gənclər yığışaq bir facebook səhifəsi yaradaq və həmin səhifədə zorakılığa qarşı aksiya təşkil edək. Zorakılığın sonu cinayətə aparmasını digər həmyaşıdlarımıza başa salaq, ekspertlərin elmi araşdırmalarını yayıb maarifləndirmə işini quraq. Bu cür işlər sonunda adekvat olaraq yaşadıgımızı cəmiyyətin mədəni mühitə çevrilməsinə səbəb olacaqdır.
Azərbaycan Universiteti Sosial İş Proqramının koordinatoru Aygün Musayeva “Zorakılığın sosial-psixoloji aspektləri”nə diqqət çəkdi. O Dünya səhiyyə təşkilatının son illər apardığı araşdırmaların nəticələri haqqında məlumat verdi. Azərbaycan Universitetinin müəllimi, hüquqşünas, AR Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Səyyad Məcidov “Zorakılığa məruz qalmış insanların hüquqlarının müdafiəsi” mövzusunda çıxış edərək vətəndaşların zorakılığa məruz qaldıqda atacağı addımlar haqqında məlumat verdi.
Sonda tələbələrin fikirləri dinlənildi və onları maraqlandıran suallara cavab verildi.
banner

Oxşar Xəbərlər