• çərşənbə, 24 Aprel, 10:01
  • Baku Bakı 13°C

Gənc istedadlar xüsusi təqaüdə layiq görülüb - Siyahı

12.01.17 18:59 1024
Gənc istedadlar xüsusi təqaüdə layiq görülüb - Siyahı
Azərbaycan prezidentiİlham Əliyevgənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Əliyeva Zərrin Tahir qızı – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

İbrahimov Murad Aydın oğlu – Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Hacıyev Mahir Yaqub oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Məmmədov Elçin Nəriman oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi.
banner

Oxşar Xəbərlər