• cümə, 29 Mart, 02:53
  • Baku Bakı 7°C

Gənc alimlərin məvaciblərinin artırılması vacib deyil - AMEA prezidenti

18.04.14 13:43 1165
Gənc alimlərin məvaciblərinin artırılması vacib deyil - AMEA prezidenti
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün ölkədə gənc alimlərə böyük ehtiyac var. Elmə qadınların daha çox gəldiyini deyən akademiya prezidenti vurğulayıb ki, elmi ekspedisiyalara getmək, uca dağların zirvələrini fəth etmək onlar üçün çətin olur: “Oğlanlar isə bu istqamətdə daha böyük işlər görə bilərlər. Oğlanları uzaq ezamiyyətlərə, təcrübəyə göndərmək mümkündür. Qızları da göndərmək olar, ancaq bu zaman müəyyən problemlər, ailə məsələləri və digərləri ortaya çıxır. Düşünürəm ki, bu, AMEA qarşısında duran əsas problemlərdən biridir”.
A.Əlizadə qeyd edib ki, gənc alimlərin elmdə inkişafı, müxtəlif sosial, mənzil və məişət problemləri daim akademiyanı düşündürür: “Akademiyanın, elmin gənclərə ehtiyacı çoxdur. Gənc alimlərin məvaciblərinin artırılması hazırda çox da vacib deyil. Elm özü qazanmalıdır. Alimlər, ələlxüsus gənc alimlər inkişaf etmək üçün fondların keçirdiyi qrant və layihələrdə iştirak etsinlər və oradan məvaciblərini artırsınlar”./apa/
banner

Oxşar Xəbərlər