• cümə, 19 Aprel, 10:03
  • Baku Bakı 13°C

Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı keçiriləcək

23.04.18 16:38 582
Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı keçiriləcək
Macarıstan Respublikasının Szent İstvan Universitetinin doktorantı Raqif Hüseynovun təşəbbüsü ilə Macarıstanın nüfuzlu universitetlərindən biri olan Szent İstvan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Regionların Davamlı İnkişafı" mövzusunda Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı keçiriləcək. 26 aprel 2018-ci il tarixində baş tutacaq konfransa Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi, Szent İstvan Universiteti və eyni zamanda Varşava Təbiət Elmləri Universiteti də təşkilati dəstək verəcək.
Konfransda Azərbaycan, Rumıniya, Misir və Şimali Kipr Türk Respublikalarının səfirliklərinin, Macarıstan Respublikasının rəsmi qurumlarının nümayəndələrinin və 32 ölkədən olan 100-ə yaxın gənc alimlərin iştirakı gözlənilir. Konfransın sonunda gənc alimlərə sertifikat və hədiyyələr təqdim olunacaq, eyni zamandakonfransda iştirak edən gənc alimlərin elmi məqalələri Szent İstvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin elmi jurnallarında çap ediləcək.
Xatırladaq ki, Gənc Alimlərin 1-ci və 2-ci Beynəlxalq Elmi Konfransları 2015-2016-cı illərdə gənc alim Raqif Hüseynovun təşəbbüsü ilə Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə Varşava Təbiət Elmləri Universitetində təşkil edilib.
banner

Oxşar Xəbərlər