• şənbə, 20 Aprel, 12:03
  • Baku Bakı 23°C

Gənc alimlərə ev verilməsi üçün danışıqlar gedir

18.12.13 14:08 1225
Gənc alimlərə ev verilməsi üçün danışıqlar gedir
Azərbaycan Milli Elmlər Akademiyası Bakı Şəhər İcra Hakimiyyəti ilə gənc alimlərə ev verilməsi ilə bağlı danışıqlar aparır.
APA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatının üzvləri ilə görüşündə AMEA prezidenti, YAP sədrinin müavini Akif Əlizadə bildirib. A. Əlizadə deyib ki, ötən gün bununla bağlı BŞİH başçısı ilə görüşü də olub.
O qeyd edib ki, bu, ölkə prezidentin müvafiq dəstəyi və müvafiq sərəncamı əsasındadır: “Məqsədimiz odur ki, gənc alimlərə evlərin verilməsində müvafiq xüsusi güzəştlər olsun və bunu biz artıq planlaşdırırıq. Evlərin nə cür və hansı şərtlərlə verilməsi müzakirə başa çatdıqdan sonra məlum olacaq”.
banner

Oxşar Xəbərlər