• şənbə, 20 Aprel, 09:49
  • Baku Bakı 14°C

Gəlini toydan qaçan bəyin başı yenə dərddə

15.11.13 18:28 2585
Gəlini toydan qaçan bəyin başı yenə dərddə
Təzminat istəyən bəyin özü ziyana düşə bilər. Bu barədə AzNews.az-a nişanlısı toydan qaçan Balabəy Əliyev məlumat verib. Onun sözlərinə görə, keçmiş nişanlısı Pünhanənin ailəsi cehizdən əlavə, Əliyevlərə məxsus əşyalara da iddia edir:
“Hüquq-mühafizə orqanları bizim evdəki əşyaları da qızın cehizi kimi siyahıya daxil ediblər. Əvvəlcədən aldığımız soyuducu və başqa əşyaların guya, cehiz olaraq verildiyini iddia edirlər. Halbuki onları mən özüm almışam”.
B.Əliyev əşyaların əvvəlcədən alındığını və ona məxsus olduğunu sübut etməyə hazır olduğunu vurğulayıb. Əmlak məsələsində ortaq məxrəcə gələ bilməyən tərəflərin mübahisəsi məhkəmədə müzakirə olunacaq. B.Əliyev ailəsinə dəyən 8 min manat ziyanın ödənilməsi tələbi ilə müraciət edəcəyini bildirib:
“Bunun üçün artıq sənədlər hazırdır. Amma keçmiş nişanlımın ailəsinin iddialarından görünür ki, bu məhkəmə hələ çox vaxt aparacaq”.
Xatırladaq ki, bu il noyabrın 3-də Ağcabədi şəhərindəki “Cavid” Şadlıq Sarayında baş tutan toy arzuolunmaz sonluqla başa çatıb. Belə ki, gəlin zorla evləndirilməsi barədə 102-yə müraciət edib. Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra gəlin - Pünhanə atası evinə qaytarılıb. B.Əliyev isə artıq başqası ilə evlənib.
banner

Oxşar Xəbərlər