• çərşənbə, 24 Aprel, 06:41
  • Baku Bakı 13°C

Gəlin anasına görə çəkiclə döyüldü

21.11.13 14:19 1106
Gəlin anasına görə çəkiclə döyüldü
Sumqayıtın 9-cu mikrorayonunda ər arvadının başına çəkiclə zərbələr endirib. Milli.Az bildirir ki, APA TV-nin məlumatına görə, Həmidov Vüqar Ağalar oğlu həyat yoldaşı Həmidova İlahə Pənah qızına 6-7 çəkic zərbəsi ilə ağır bədən xəsarətləri yetirib.
İstintaqın məlumatına görə, hadisəyə Vüqar Həmidovun qayınanası ilə mübahisəsi səbəb olub. İlahə Həmidova da mübahisəyə müdaxilə edib və anasına dəstək verib. Bundan hirslənən Vüqar çəkiclə arvadını vurmağa başlayıb. Amma ər və arvad arasında münaqişənin kökləri daha əvvələ gedib çıxır
APA TV-nin xəbərinə görə, Vüqar Həmidov hadisəni tamam başqa cür izah edir. Onun sözlərinə görə, neçə illərdir spirtli içki qəbul etmir və arvadı ilə çox mehriban dolanırlarmış. Amma evində qaldıqları qayınanası onların bu mehriban münasibətlərini korlamağa çalışırmış. Hadisə baş verən gün də hər şey xırda mübahisədən başlayıb.
Vüqarın dediyinə görə, bundan sonra yataq otağına keçib və oğlunun yanında uzanıb.
İndi 31 yaşlı Vüqar Həmidov nə qədər peşman olsa da, artıq gecdir. İbtidai istintaqın araşdırmalarından sonra onun əməlinin Cinayət Məcəlləsinin hansı maddəsi ilə tövsif olunacağı dəqiqləşəcək. Vüqarı həyat yoldaşını öldürməyə cəhdə qədər ağır ittihamlar gözləyir.
banner

Oxşar Xəbərlər