• cümə, 29 Mart, 11:12
  • Baku Bakı 5°C

“Gələrsən, görərsən” televiziya layihəsi maraqla qarşılanıb

22.12.14 15:28 1152
“Gələrsən, görərsən” televiziya layihəsi maraqla qarşılanıb
2014-cü ilin iyul ayından etibarən Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanmış və "İctimai" televiziyanın dəstəyi ilə bu kanalda yayımlanan "Gələrsən, görərsən" adlı layihəsi tamaşaçıların böyük marağına səbəb olub. Bu müddət ərzində hər ay 2 veriliş olaraq yayımlanan televiziya layihəsində Azərbaycanın bir-birindən gözəl bölgələri, geniş turizm potensialına malik regionları olan Qəbələ, Quba, Xaçmaz, Şəki, Lənkəran, Masallı, İsmayıllı, Gəncə və Naxçıvan turizm imkanlarından bəhs edilir.
"Gələrsən Görərsən" adlı telelayihənin yayımlanmasında məqsəd Azərbaycan regionlarının turizm infrastrukturunun, xidmət sahələrinin, tarix və mədəniyyət abidələrinin, mətbəx və əl sənətkarlığı nümunələrinin və s. imkanların paytaxt əhalisinə və ölkəmizdən kənarda yaşayan həmvətənlərimizə tanıtmaq və daxili turizmin kütləvi təbliğatının aparılmasına nail olmaqdır.
Qeyd etmək yerinə düşər ki, sadalanan regionları əhatə edən bu layihənin iyul ayından dekabr ayınadək 9 bölümü "İTV"-də yayımlanmış həmçinin, müxtəlif sosial şəbəkələrdə yerləşdirilmişdir. Televiziya kanalının məlumatına əsasən ən çox baxılan bölümlər 20.10.2014 tarixində efirə gedən Lənkəran şəhəri və 08.12.2014 tarixində yayımlanan Naxçıvan Muxtar Respublikası olmuşdur.
Bildirmək lazımdır ki, layihənin aparıcıları İTV-dən tanıdığımız Könül Arifqızı və müğənni Azad Şabanov, ssenari müəllifi Aynur Talıbova, operatorları Samir Həsənov, Kamal Məmmədov, montajçısı Ramiz Hüseynov, bəstəkarı Aytən İsmixanova və rejissoru Ülviyyə Könüldür.
Sonda qeyd etmək lazımdır ki, 2015-ci ilin ilk ayında "Gələrsən, görərsən" adlı televiziya layihəsinin Qusar rayonu və "Şahdağ" turizm kompleksinə həsr olunacaq növbəti bölümünün yayımı planlaşdırılır. Bununla yanaşı, növbəti il ərzində daha bir neçə regionun təbliğatının aparılması məqsədilə adıçəkilən layihə davam etdiriləcəkdir.
banner

Oxşar Xəbərlər