• şənbə, 20 Aprel, 10:48
  • Baku Bakı 14°C

Gələn tədris ili üçün dərslərin başlanma vaxtı açıqlandı

12.06.14 11:06 1406
Gələn tədris ili üçün dərslərin başlanma vaxtı açıqlandı
Təhsil naziri Azərbaycanda dərs ili müddətinin artırılması məsələsinə növbəti dəfə aydınlıq gətirib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında deyib ki, gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq. Nazir qeyd edib ki, növbəti tədris ilinin bitmə tarixini elan etməyə hələlik hazır deyil: “Hazırda nazirlikdə növbəti dərs ilinin tədris planı və təqvimi bağlı bir neçə variant hazırlanıb. Tədris ilinin uzadılması barədə qərar və bunun səbəbləri bir neçə dəfə diqqətə çatdırılıb”.
banner

Oxşar Xəbərlər