• cümə, 29 Mart, 16:59
  • Baku Bakı 14°C

Gələn ilin dövlət büdcəsi nə vaxt təsdiqlənəcək?

24.11.14 11:17 1340
Gələn ilin dövlət büdcəsi nə vaxt təsdiqlənəcək?
Noyabrın 20-də müzakirəsi başa çatan və səslənən təkliflərlə birlikdə baxılması üçün hökumətə göndərilən 2015-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisin təsdiqinə veriləcək. MM-dən APA-ya verilən məlumata görə, bu məqsədlə noyabrın 28-nə plenar iclas təyin olunub.
İclasda başqa məsələlər də müzakirə olunacaq. Bunlar “Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair Sazişin təsdiq edilməsi haqqında” sənəd, Vergilər Məcəlləsinə və Əmək Məcəlləsinə dəyişikliklər və daha bir neçə məsələdir.
banner

Oxşar Xəbərlər