• cümə axşamı, 28 mart, 19:54
  • Baku Bakı 13°C

Gələn ilin büdcəsində neftin qiyməti necə hesablanmalıdır?

17.07.20 09:15 693
Gələn ilin büdcəsində neftin qiyməti necə hesablanmalıdır?
Ekspertlər büdcə laihəsində bütün mümkün neqativ ssenrailərin sığortalanmasını vacib hesab edirlər
İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.İclasda çıxış edən dövlət başçısı bildirib ki, plan üzrə altı ayın sosial-iqtisadi yekunlarının müzakirəsi ənənəsi öz bəhrəsini verir.İclasda bir sıra vacib məqamları diqqətə çatdıran prezident gələn ilin dövlət büdcə layihəsinə də toxunub. O bildirib ki, indi neftin qiymətindən asılı olmayaraq təbii ki, büdcə tam icra edilməlidir: "Hesab edirəm ki, buna bizim imkanımız çatacaq. Dürüstləşməyə gəldikdə, prinsipcə mən buna etiraz etmirəm. Əvvəlki illərdə də biz dürüstləşmə aparmışdıq, ancaq bu, gərək əsaslandırılsın. Ona görə hökumət üzvləri ilə birlikdə Baş Nazirin rəhbərliyi ilə bu məsələləri təhlil edin və mənə konkret təkliflər verin. Biz hansı həcmdə büdcə xərclərimizi artırmalıyıq və bundan hansı məqsədlərə istifadə etməliyik. Onu da bildirməliyəm ki, büdcə gəlirlərinin artırılması ilin ilk aylarında baş verib. Çünki mən bunu demişəm, bir daha demək istəyirəm ki, biz ili çox yaxşı, böyük uğurlarla, böyük planlarla başlamışdıq. Həm vergi, həm gömrük sahəsində proqnozdan əlavə artım var idi. Amma bu ilk aylarda, haradasa aprel-may aylarından başlayaraq artım, belə demək mümkündürsə, yavaşladı. Yenə də biz profisitdəyik. Ancaq siz qeyd etdiyiniz kimi, ilin sonuna qədər bu profisit bizə çatmaya bilər. Əlavə xərclər oldu. Neftin qiyməti bizdə 55 dollar nəzərdə tutulmuşdu. İndi hazırda, altı ayda bu 40 dollardan aşağıdır. Ona görə bütün bu məsələlər təbii ki, nəzərə alınmalıdır. Əminəm ki, bu ilin büdcəsi ilə bağlı hər hansı bir problem olmayacaq”.
Dövlət başçısı gələn ilin büdcə layihəsində neftin qiyməti haqda da söz açıb: "O ki qaldı, gələn ilin büdcəsi, ilk növbədə, neftin qiyməti gərək düzgün müəyyən edilsin. Hələ ki, vaxt var. Biz neft bazarlarında vəziyyətə baxıb, bunu müəyyən edəcəyik. Elə etməliyik ki, əsas sosial məsələlərdən başqa digər strateji infrastruktur layihələrinin icrası təmin edilsin. Bir daha demək istəyirəm ki, onların arasında, ilk növbədə, su təchizatı ön plandadır - həm içməli su, eyni zamanda, suvarma suyunun təmin edilməsi. Ona görə layihələr indi hazırlanır. Onların texniki-iqtisadi əsaslandırılması, xərclər smetası hazırlanacaq. Bu məsələ də mütləq nəzərə alınmalıdır”.
Bəs görəsən gələn ilindövlət büdcəsində neftin büdcə qiyməti neçədən hesablanmalıdır?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, bunun üçün neftin qiymətinə dair ilkin proqnozlar dərindən araşdırılmalı və təhlil edilməlidir: "Bunun üçün beynəlxalq enerji agentliklərinin, maliyyə qurumlarının, investisiya qurumlarının məlumatları təhlil edilməlidir. Azərbaycanın imkanları və verilən proqnozlar nəzərə alınmalı, həmçinin, risklər sığorta olunmaqla büdcə layihəsi hazırlanmalıdır. Gələn ilin üçün verilən proqnozlara baxsaq, cari illə müqayisədə qiymətlərdə yüksəliş vəd edilir. Beynəlxalq Enerji Agentliyi cari il üçün iyun ayındakı qiymətlər də nəzərə alınmaqla 41 dollar proqnoz edir. Gələn il üçün isə bu rəqəm 50 dollar proqnoz hesab edilir. Hesab edirəm ki, Azərbaycanın büdcəsində neftin qiyməti bütün katakilizmlər nəzərə alınmaqla 45-50 dollar dəhlizində olan bir rəqəm götürülməlidir. Məsələn, Rusiya cari il üçün büdcə layihəsini hazırlayarkən digər neft ölkələri ilə müqayisədə daha prqamatik addım atıb. Onların büdcəsində neftin qiyməti bütün neqativ senarilər nəzərə alınaraq 42 dollardan götürülüb. Amma bizim büdcə layihəmizdə bu il neftin qiyməti 55 dollardan hesablanmışdı. Ona görə də bu il həcm və qiymət proporsiyası ölçülməlidir. Qızıl ortaya uyğun bir qiymət təyin edilməlidir”.
İqtisadçı millət vəkili Vüqar Bayramovqeyd etdi ki, neftin büdcədəki qiyməti vacib meyarlardan biridir: "2020-ci ilin büdcə layihəsində neftin qiyməti 55 dollar nəzərdə tutulmuşdu. Pandemiyanın nəticəsində neftə olan tələbin azalması müşahidə olundu. Bu da qiymətlərin aşağı düşməsinə və orta qiymətin 55 dolardan az olmasına gətirib çıxardı. Hazırda 2021-ci ilin büdcə layihəsinin hazırlanma prosesi gedir. Əslində mövcud vəziyyəti, qonşu ölkələrdə bu istiqmaətdə aparılan müzakirələri nəzərə alsaq, deyə bilərəm ki, gələn il üçün dövlət büdcəsində neftin qiymətinin 40 dollardan götürülməsi daha məqbuldur. Çünki pandemiya davam edir. Hazırda neftin qiyməti 40 dollardan baha olsa da, pandemiyanın başa çatıb-çatmayacağını söyləmək çətindir. Bu mənada qiymətin 40 dollar olması daha məqsədəuyğun olardı. Maliyyə Nazirliyi tərəfindən qiymətləndirilmələr aparılır. Sənəd hazır olduqdan sonra onun ictimai müzakirəsi aparılacaq. Hələlik neft bazarında dalağalanma davam edir. Büdcə layihəsi hazırlanarkən bu vacib məqam nəzərə alınmalıdır".
Şəbnəm
banner

Oxşar Xəbərlər