AZE | RUS | ENG |

Gələn ilin büdcəsində neftin qiyməti aşağı salınır

Gələn ilin büdcəsində neftin qiyməti aşağı salınır
2013-cü ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 80 dollar olacaq


Azərbaycan hökuməti 2013-cü ildə neftin dünya bazarındakı qiymətləri və onun ölkə iqtisadiyyatına təsiri ilə bağlı maksimum ehtiyatlı siyasət yürütmək niyyətindədir. «APA»nın məlumatına görə, gələn il dövlət büdcəsində neftin proqnoz qiyməti 80 dollar nəzərdə tutulub. Qeyd edək ki, dövlət büdcəsində neftin proqnoz qiyməti 2012-ci ildə də 80 dollar nəzərdə tutulsa da, sonradan büdcəyə edilən dəyişikliklər nəticəsində bu rəqəm 100 dollara qaldırılıb və hazırda büdcədə neftin proqnoz qiyməti 100 dollardır. Dünya bazarında Azərbaycan neftinin bu ilin ilk 8 ayı üzrə orta qiyməti təqribən 114,98 dollar təşkil edib. Başqa sözlə, hazırda dünya bazarında neftin qiyməti büdcədəki proqnoz qiymətindən 15 dollar, gələn il üçün proqnozlaşdırılan qiymətdən isə 35 dollar yüksəkdir. Bunun səbəbi neft qiymətləri məsələsində hökumətin maksimum ehtiyatlı siyasət yürütmək niyyəti ilə bağlıdır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.631
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2177
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1838
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5906
TRY 1 1 Türkiyə lirəsi 0.2949