• cümə axşamı, 28 mart, 18:21
  • Baku Bakı 13°C

Gələn ilin büdcəsi investisiya və sosialyönümlü olacaq

10.10.18 11:52 415
Gələn ilin büdcəsi investisiya və sosialyönümlü olacaq
Gələn ilin büdcəsi həm investisiyayönümlü, həm də sosialyönümlü olacaq.
AZƏRTACxəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Dövlətimizin başçısı deyib ki, bütün sosial layihələr icra ediləcək. Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur. Əsas məsələ ondan ibarətdir ki, biz bu vəsaitdən səmərəli şəkildə istifadə edək, ölkə qarşısında duran əsas məsələlərin həllini təmin edək, prioritetləri düzgün seçək. Dövlət İnvestisiya Proqramımız iqtisadiyyatın real sektoruna xidmət göstərməlidir, eyni zamanda, bu günə qədər öz həllini tapmayan infrastruktur layihələrinin icrasına da istiqamətləndirilməlidir.
banner

Oxşar Xəbərlər