• cümə axşamı, 28 mart, 18:13
  • Baku Bakı 13°C

Gələn il keçiriləcək basketbol üzrə Avropa çempionatı təxirə salına bilər

04.04.20 14:00 591
Gələn il keçiriləcək basketbol üzrə Avropa çempionatı təxirə salına bilər
Beynəlxalq Basketbol Federasiyası (FIBA) gələn il keçiriləcək Avropa çempionatını təxirə salmaq istəyir.
AZƏRTACxəbər verir ki, buna Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi səbəb olub. Eyni mövsümdə 2 böyük turniri keçirməyin mümkün olmadığını düşünən FIBA rəhbərliyi qitə birinciliyini təxirə salmağa məcburdur.
Qeyd edək ki, Tokio Olimpiadası gələn il iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Basketbolçuların Avropa çempionatı isə sentyabrın 2-19-da Çexiya, Gürcüstan, İtaliya və Almaniyada keçirilməli idi.
Artıq FIBA məsələ ilə bağlı bəyanat yayaraq təşkilatçı ölkələrlə danışıqlar aparacağını bildirib.
banner

Oxşar Xəbərlər