AZE | RUS | ENG |

Gələn il Azərbaycanda əhalinin gəlirləri 9 faiz artacaq

Gələn il Azərbaycanda əhalinin gəlirləri 9 faiz artacaq
Gələn il Azərbaycanda əhalinin gəlirləri 9 faiz artaraq 54,4 milyard manata çatacaq. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazir müavini bildirib ki, növbəti ildə ölkədə orta aylıq əməkhaqqı 5,7 faiz artaraq 642 manata çatacaq. 2019-cu ildə inflyasiya 3,8 faiz səviyyəsində nəzərdə tutulur: "Pensiyaçıların sayı 1 milyon 294 min təşkil edəcək. Bunun 58,3 faizi yaşa görə, 30,8 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır”.

İ.İsayev qeyd edib ki, Azərbaycanda sosial xərclər azaldılmayıb, əksinə, artırılıb, növbəti ilin dövlət büdcəsi də sosialyönümlüdür.

Nazir müavini deyib ki, cari ilin 10 ayında muzdla işləyənlərin sayı 1 milyon 540 min nəfər olub, 3,3 milyon nəfər isə sərbəst məşğul olanlardır: "Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəliri 3 milyard 187 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artım deməkdir”.

O vurğulayıb ki, ölkədə demoqrafik göstəricilər müsbətdir, əhali cavandır. 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir. 65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6,3 faiz təşkil edəcək: "Qeyd edim ki, əmək qabiliyyətli əhali bizim üçün əhəmiyyət kəsb edir, çünki əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı nə qədər çox olacaqsa, pensiya sisteminin maliyyə dayanıqlığı da daha möhkəm olacaq. Çünki ödənilən sosial sığorta haqları bu insanlardan asılıdır. Növbəti ildə məşğul əhalinin 5 milyona çatacağı qeyd olunur. Ümumilikdə gələn il əhalinin gəlirləri 9 faiz artaraq 54, 4 milyard manata çatacaq. Bu da müsbət göstəricidir”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9377
GEL 1 1 Gürcüstan larisi 0.6286
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1803
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.6992
KWD 1 1 Küveyt dinarı 5.5919
TRY 1 1 Türkiyə lirəsi 0.3178