Gələn həftə Trampla Poroşenko arasında görüş olacaq
Gələn həftə Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Petro Poroşenko arasında görüş olacaq.
Bu barədə Ukrayna KİV-ləri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Poroşenko ABŞ-a rəsmi səfərə gedəcək və bu ölkənin rəsmi şəxsləri, o cümlədən Prezident Trampla da danışıqlar aparacaq.
Səfərin tarixi barədə artıq razılaşma mövcud olsa da, dəqiq tarix göstərilmir.