• cümə, 29 Mart, 17:20
  • Baku Bakı 14°C

Gələn həftə havalar soyuyacaq

14.09.18 15:00 407
Gələn həftə havalar soyuyacaq
Sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
banner

Oxşar Xəbərlər