• cümə, 19 Aprel, 10:58
  • Baku Bakı 13°C

Gələn aydan hərbi çağırışçılar SMS-lə məlumat alacaq

24.09.14 16:31 1121
Gələn aydan hərbi çağırışçılar SMS-lə məlumat alacaq
Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nurəddin Heydərov məlumat verib.
N.Heydərovun sözlərinə görə, yenilik SMS məlumatlandırması ilə bağlıdır.
Belə ki, çağırışçılar 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edərək hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdüklərini öyrənə biləcəklər.
Artıq sistemdə tamamlama işləri aparılır.
Çağırışçılar 9100 nömrəsinə bütün mobil operatorlardan qısa mesaj göndərə biləcəklər.
banner

Oxşar Xəbərlər