• çərşənbə, 24 Aprel, 04:21
  • Baku Bakı 14°C

Gələn ay Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası olacaq

12.12.16 12:46 579
Gələn ay Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası olacaq
Gələn ilin yanvar ayında Aşqabadda Xəzərin hüquqi statusuna dair işçi qrupunun görüşü olacaq.
APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini, işçi qrupunun üzvü Xələf Xələfov bildirib.
Nazir müavini qeyd edib ki, görüşdə Xəzərin hüquq statusuna dair danışıqlarla yanaşı, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısına hazırlıq mələləri də müzakirə olunacaq.
X. Xələfov bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar mütəmadi olaraq aparılır: "İşçi qrupu çərçivəsində görüşlər keçirilir. İşçi qrupunun yanvarın əvvəllərində Aşqabadda keçiriləcək görüşündə müzakiər olunacaq əsas məsələ növbəti sammitin keçirilməsidir. Belə bir plan da var ki, işçi qrupu nazirlərin görüşünü də təşkil etsin. Artıq belə bir təşəbbüs var. Bütün bu tədbirlər ona yönəlib ki, növbəti sammitdə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya qəbul olunsun".
banner

Oxşar Xəbərlər