• cümə, 19 Aprel, 16:39
  • Baku Bakı 25°C

Gələn ay istirahət günü ilə iş gününün yeri dəyişdirildi

19.02.15 14:34 1114
Gələn ay istirahət günü ilə iş gününün yeri dəyişdirildi
Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.
AzərTAc-ın verdiyi məlumata görə, qərar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən qəbul edilib.
banner

Oxşar Xəbərlər