• çərşənbə axşamı, 19 mart, 10:20
  • Baku Bakı 8°C

Gələcəyin sərnişinləri “BakuBus”da

27.05.17 17:46 891
Gələcəyin sərnişinləri “BakuBus”da
Mayın 27-də "BakuBus”da növbəti dəfə "Gələcəyin sərnişinləri” adlı maarifləndirici tədbir keçirilib.
Bu dəfə maarifləndirmə tədbirlərinə Suraxanı raonunda yerləşən 285 saylı orta məktəbin şagirdləri cəlb olunub.
Məktəblilərin maarifləndirilməsi üçün təşkil olunan tədbirdə əvvəlcə şagirdlər təlimçi-mütəxəssislərin nəzarəti altında avtobuslarla "BakuBus”a gətirilib və məktəblilər Sürücü Təlim Mərkəzi ilə tanış olublar.
Mərkəzdə təlimatçı-müəllimlər tərəfindən şagirdlərə ictimai nəqliyyat vasitələri haqqında ətraflı məlumatlar verilib, əyani vasitələrlə ictimai nəqliyyatda təhlükəsizlik qaydaları izah olunub. Daha sonra şagird və müəllimlər əvvəlcədən müəyyən olunmuş marşrut xətti üzrə Şəhidlər Xiyabanı istiqamətində yola düşüblər.
Avtobusda məktəblilərə ictimai nəqliyyatdan istifadə və digər yol hərəkəti qaydaları haqda geniş məlumat verilib. Şagirdlər yol nişanları, piyada keçidləri, ictimai nəqliyyatdan istifadə qaydaları və sair barədə bilgiləndiriliblər. 28 May Respublika günü ərəfəsində təşkil olunmuş tədbirdə yol boyu şagirdlərə milli-mənəvi dəyərlərimiz haqda məlumatlar verilib, onlara vətənpərvərlik hisləri aşılanıb.
Şəhidlər Xiyabanında isə şagirdlər vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizi yad edib və onlara həsr olunmuş şeirlər deyiblər. Sonda xatirə şəkilləri çəkilib, şagirdlərə "BakuBus” adından hədiyyələr paylanıb. Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilərə ictimai nəqliyyatdan, həmçinin "BakuBus” avtobuslarının xidmətlərindən təhlükəsiz və rahat istifadə qaydalarını öyrətməkdir.
Həmçinin onlara nümunəvi, ictimai fəal sərnişin keyfiyyətlərini aşılamaqdır. "BakuBus”un "Gələcəyin sərnişinləri” adlı layihəsi mütəmadi xarakter daşıyır və gələcəkdə Bakı şəhərinin digər məktəblərini də əhatə edəcək.
banner

Oxşar Xəbərlər