• çərşənbə axşamı, 19 mart, 12:21
  • Baku Bakı 8°C

Gələcəyi anlamaq istəyənlər üçün

19.03.18 14:10 1149
Gələcəyi anlamaq istəyənlər üçün
Amerikalı nəzəriyyəçi fizik, futurist, elmin populyarlaşdırılması layihəsinin koordinatoru, yazıçı Miçio Kaku "Guardian”-a verdiyi müsahibədə oxucular üçün maraqlı bir siyahı paylaşıb. Tibbdən kosmosa qədər bütün sahələrin "qara qutu”larını anlamaq istəyənlər, gələcək haqqında nəzəriyyələri saf-çürük etməyə çalışanlar üçün təqdim olunmuş bu siyahıdakı kitabların yazılmasında əsas məqsəd cəmiyyəti müəyyən bir hədəfə hesablanmış transformasiya cığırına salmaq olub. Kaku deyir ki, elm gələcəyin mühərrikidir. Bu gün də dünyanın gələcəyi haqqında kitablar yazılır. Lakin çoxu oxucular üçün anlaşılmaz və qaranlıq qalır. Kakunun siyahısındakı kitablar isə sizə kömək edəcək.
· Migel Nikolelis – "Sərhədlər arxasında: Maşınların beynin yeni neyrotexnologiyası ilə qovuşması – bu bizim həyatımıza necə təsir edəcək?” (Beyond Boundaries: The New Neuroscience of Connecting Brains with Machines – and How It Will Change Our Lives”)
· Ray Kurzveyl – "Təklik yaxındadır” ("Singularity is near”)
· Erik Topol – "Səni izləyən xəstə” ("The patient will see you know”)
· Carlz Volfort, Amanda Hendriks – "Yer kürəsinin arxa planı” ("Beyond Earth”)
· İsak Asimov – "Yaradılış trilogiyası” ("Foundation trilogy”)
banner

Oxşar Xəbərlər