• cümə, 19 Aprel, 17:17
  • Baku Bakı 25°C

"Gələcəkdə Balkanlarda vəziyyətin dəyişməsini gözləyirik"

16.03.18 14:40 616
"Gələcəkdə Balkanlarda vəziyyətin dəyişməsini gözləyirik"
"Gələcəkdə Balkanlarda vəziyyətin dəyişməsini gözləyirik".
APA-nın məlumatına görə, bunu Albaniya prezidenti İlir Meta AzərbaycanınDiasporla İş üzrə Dövlət Komitəsivə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində bu gün davam edən "Balkan regionunindiki və gələcək vəziyyət – regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi?” adlı paneldə çıxışında deyib.
O, Yuqoslaviyada baş verən hadisələrdən sonra Albaniyanın regionda qeyri-sabitliyə məruz qaldığını xatırladıb: "Balkan ölkələrininAvropa İttifaqına inteqrasiyası vacibdir. Balkanlarda olan vətəndaşların gələcəyi bizdən asılıdır. Keçmişdən örnək götürərək, vətəndaşların rifahını artırmaq baxımından Balkanlarda sülhün saxlanması üçün Aİ-ə daxil olmaq yeganə çıxış yoludur.Bu layihə tam bitiriməlidir. Strateji layihələr olan TAP , "Şahdəniz-2” layihəsi təqdirəlayiqdir. Enerji təhlükəsizliyi, qlobal miqrasiya ilə bağlı müəyyən fəsadlar gələcəkdə mənfi təsirini göstərə bilər”.
banner

Oxşar Xəbərlər