G7 sammiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

G7 sammiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Təfsilat
24 Avqust 2019, 13:22 4782
G7 ölkələrin sammitinə ev sahibliyi edəcək Fransanın Biarrits şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, Fransanın hüquq mühafizə orqanları sammitin təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edir.
Qeyd edək ki, G7 sammiti avqustun 24-26-da keçiriləcək. Sammit ölkələrinə Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiya daxildir.