AZE | RUS | ENG |

G7 ölkələri yekun kommunikeni razılaşdırıblar

G7 ölkələri yekun kommunikeni razılaşdırıblar
G7 ölkələri sammitin yekun kommunikesini razılaşdırıblar. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Castin Trüdo bildirib.  
 
"Məmnuniyyətlə bildirirəm ki, yeddi ölkə tərəfindən razılaşdırılmış yekun kommunike tərəfimizdən qəbul edilib”, deyə Trüdo Kvebek sammitinin yekunlarını şərh edərkən bildirib.
 
Kanadanın baş naziri Kvebek görüşünü uğurlu adlandırıb.  Onun sözlərinə görə, G-7 ölkələri böhranlı ölkələrdə qadınların təhsilinə 4 mlrd. dollaradək vəsaitin ayrılmasına dair razılığa gəliblər.
 
Qeyd edək ki, gender bərabərliyi G-7-də Kanada sədrliyinin əsas mövzularından biri olub.   
 
Fransa prezidenti Emmanuel Makron və Castin Trüdo bundan əvvəl ABŞ prezidenti Donald Trampın bəzi məsələlər üzrə güzəştə getməyəcəyi təqdirdə yekun kommunikeni imzalamayacaqlarına dair xəbərdarlıq etmişdilər.  





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000