• cümə, 29 Mart, 19:42
  • Baku Bakı 14°C

Fövqəladə vəziyyət zamanı qaydaları pozanlara yeni cəzalar müəyyənləşdirilir

21.04.18 18:20 970
Fövqəladə vəziyyət zamanı qaydaları pozanlara yeni cəzalar müəyyənləşdirilir
Azərbaycanda fövqəladə vəziyyət və nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət zamanı qaydaları pozanlarla bağlı yeni cəzalar müəyyənləşdirilir.

APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 517-2 maddəsinin əlavə edilməsi təklif olunub. Təklif olunan əlavəyə əsasən, xüsusi icazə vərəqəsi və şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimələnir.

Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
LayihəMilli Məclisin plenar iclasına tövsiyə olunub.

banner

Oxşar Xəbərlər