• cümə, 29 Mart, 19:57
  • Baku Bakı 14°C

Füzulidə partlamamış tank mərmisi aşkar olunub

14.08.17 17:35 2053
Füzulidə partlamamış tank mərmisi aşkar olunub
Füzuli rayonunun Arayatlı kəndi ərazisində partlamamış mərmi aşkarlanıb.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Bildirilib ki, avqustun 14-dəDaxili İşlər Nazirliyinin "102” Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Füzuli rayonunun Arayatlı kəndi ərazisində partlamamış mərminin aşkar olunması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
ANAMA-nın mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunan 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26) götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Sursatın ətrafında 900 kv.metr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
banner

Oxşar Xəbərlər