• cümə, 29 Mart, 12:12
  • Baku Bakı 14°C

Füzulidə Açıq Əyləncəli Futbol Məktəbi açılıb

22.01.15 14:43 1606
Füzulidə Açıq Əyləncəli Futbol Məktəbi açılıb
21-25 yanvar tarixlərində Füzuli rayonunun Böyuk Bəhmənli kəndində OPEN FUN FOOTBALL SCHOOL adlı beynəlxalq futbol tədbiri keçirilir. Rayon ictimaiyyəti, o cümlədən idmansevərlər tərəfindən maraqla qarşılanan tədbirin keçirilməində məqsəd uşaqları futbol vasitəsilə əyləndirmək, eləcə də bu idman növünə marağı artırmaq, kütləviliyini təmin etmək, onun sirlərini uşaqların mənimsəməsinə yardım etməkdir.
Açılış mərasimində iştirakçılar münaqişələrdən əziyyət çəkən ərazilərdə belə bir tədbirin - Açıq Əyləncəli Futbol Məktəbi layihəsinin gerçəkləşməsində OPEN FUN FOOTBALL SCHOOL layihəsinin ölkə üzrə rəhbəri, Asiya üzrə əlaqələndiricisi, AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyevə və təşkilati işlərdə öz dəstəyinə görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevə və UNİCEF təşkilatına minətdarlıqlarını bildiriblər.
Füzuli futbol klubunun rəhbəri Mirdamət İbadoğlunun verdiyi məlumata görə, tədbirdə 15 məktəbdən 150-yə qədər 7-12 yaşlı uşaqlar, 11 məşqçi müəllim və 10 könüllü məşqçi köməkçisi iştirak edib. Layihə çərcivəsində uşaqlar üçün şən əyləndirici oyunlar keçirilib, iştirakçılara xüsusi futbolka, kepka və qolbaqlar verilib. Oyunlarda fəallıq göstərmiş 80 uşağa diplomlar və hədiyyələr təqdim olunub. Tədbirin sonunda məşq mərkəzlərinə toplar, qapı üçün setkalar, məşqçilər üçün xüsusi formalar verilib ki, bu da gələcəkdə uşaqların futbolla məşğul olmalarına əlavə stimul olacaq. Layihə çərçivəsində tədbirlər rayon ərazisində ilboyu davam edəcək. M.İbadoğlu rayon məktəblərində təhsil alan şagirdlərin layihədə iştirakının təmin edilməsində göstərdiyi dəstəyə görə Füzuli rayon təhsil şöbəsinin müdiri Almaz Həşimovaya minnətdarlığını bildirib.

banner

Oxşar Xəbərlər