• şənbə, 20 Aprel, 18:08
  • Baku Bakı 24°C

Füzulidə Açıq Əyləncəli Futbol Məktəbi açıldı

13.09.13 14:57 2254
Füzulidə Açıq Əyləncəli Futbol Məktəbi açıldı
5-10 sentyabr tarixlərində Füzuli rayonunun Böyük Bəhmənli kəndində “Open Fun Football School-2013” adlı beynəlxalq idman tədbiri keçirilib. Layihənin məqsədi uşaqları əyləndirmək, şənləndirmək, zərərli vərdişlərdən uzaq tutmaq və gələcəkdə onların futbola cəlb edilməsinə köməklik göstərməkdir.
Bu barədə bizə “Füzuli” futbol klubunun rəhbəri Mirdamət İbadoğlu məlumat verib: ”Rayonumuzda ilk dəfədir belə tədbir təşkil olunurdu. Məqsəd uşaqları futbol vasitəsilə əyləndirmək, sonrakı mərhələlərdə futbola cəlb etmək idi. Münaqişələrdən əziyyət çəkən ərazilərdə bu tədbirin - Açıq Əyləncəli Futbol Məktəbi layihəsinin çox böyük əhəmiyyəti oldu”.
Mirdamət İbadoğlunun sözlərinə görə, tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, AFFA nümayəndəsi də iştirak edib: “Uşaqlara xüsusi kepka, kofta və qolbağılar paylanıldı. 80 nəfər isə diplomla təltif olundu. Tədbirin sonunda məşq mərkəzlərinə toplar, məşq üçün əlavə vasitələr verildi ki, bu da gələcəkdə uşaqların futbolla məşğul olmalarına stimul olacaq. Tədbirlər rayon ərazisində ilboyu davam edəcək.”
Layihənin baş tutmasında bir sıra şəxslərə, xüsusilə AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyevə, layihənin koordinatoru Kərim Ağayevə, həmçinin Füzuli rayon təhsil şöbəsinin müdiri Almaz Həşimovaya təşəkkürünü bildirən M.İbadoğlu gələcəkdə də bu cür layihələr həyata keçirəcəklərini söylədi.

banner

Oxşar Xəbərlər